Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov qərar imzalayıb.
Qərara əsasən, aşağıdakılar müəyyən olunub:
1. Birillik əkinlər (tərəvəzçilik təsərrüfatları istisna olmaqla) və yem bitkiləri üzrə:
- sahəsi 250 hektaradək olduqda - 24 manat;
- sahəsi 250-1000 hektar olduqda - 16 manat;
- sahəsi 1000 hektardan yuxarı olduqda - 20 manat.
2. Çoxillik əkmələr (bağçılıq) üzrə - 59 manat;
3. Tingçilik təsərrüfatları üzrə - 64 manat;
4. Tərəvəzçilik təsərrüfatları üzrə - 70.8 manat;
5. Örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üzrə - 160 manat;
6. Müasir heyvandarlıq kompleksləri üzrə - 600 manat;
7. Müasir quşçuluq və balıqyetişdirmə təsərrüfatları üzrə - 1 440 manat.