Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Yunayted Kredit Bank” ASC-nin əmanətçilərinə bildirir ki, qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi üçün bütün hazırlıq işləri Fond tərəfindən artıq başa çatdırılıb və bankda sığorta hadisəsinin baş verdiyi gün 2 fevral 2016-cı il tarixi hesab olunduğu üçün həmin dövrdə qüvvədə olan əmanətlərin sığortalanması şərtlərinə uyğun olaraq 19 aprel 2017-ci il tarixdə qorunan əmanətçilərə kompensasiyaların ödənişinə başlanılacaq.
Bu barədə Oxu.Az-a ADİF-dən bildirilib.
Qeyd olunub ki, kompensasiya almaq üçün qorunan əmanətçilər 19 aprel 2017-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinə müraciət edə bilərlər.
Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb-səhifəsindən: www.adif.az əldə edə bilər, Fondla 131/ 941 saylı qaynar xətt və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli qərarı ilə “Yunayted Kredit Bank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lizenziya ləğv edilib.
U.A.
www.oxu.az