"Tikilməkdə olan obyektlərin müdiriyyəti" publik hüquqi şəxsi Zəngilan şəhərinin magistral su xətlərinin, tullantı və yağış kollektorlarının, həmçinin müvafiq qurğuların tikintisi və bu işlərə aid layihə-smeta sənədlərinin hazırlanması üçün tender müsabiqəsi keçirib.
Oxu.Az xəbər verir ki, müsabiqənin qalibi "Körpü-Bina-Tikinti" MMC olub və şirkət layihənin həyata keçirilməsinə 6 314 322 manat sərf edəcək.
Layihə çərçivəsində görüləcək işlərə diametri 100-250 millimetr olan qaynaq edilmiş polad fasonlu hissələrin 0.042 ton həcmində qoyulması, avtohisəvermə və buxarbişirmə kameraları üçün qapı, lük-laz konstruksiyalarının 0.102 tonluq quraşdırılması, düzxətli və əyrixətli yanğın pilləkənlərinin çəpərləmə ilə 0.04 ton həcmində təşkili daxildir. Bundan əlavə, diametri 3250 millimetr olan və 45 metrədək hündürlüyə malik vərəqşəkilli polad sorucu, ventilyasiya və tüstü borularının 0.15 ton həcmində quraşdırılması, bina və qurğuların daxilində boru kəmərlərinin bərkidilməsi üçün dayaq konstruksiyalarının və çınqıllı bünövrəaltı əsasların qurulması nəzərdə tutulub.