Moskvada BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının 3-cü sessiyası keçirilir.
Oxu.Az xəbər verir ki, Nazirlər konfransı çərçivəsində Asiya-Sakit Okean regionunda (ASR) beynəlxalq vahid intermodal nəqliyyat sisteminin inkişafı məqsədilə ASR ölkələrinin kordinasiyalı fəaliyyətinin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır.
Yekunda 2021-ci ilə qədər ortamüddətli perspektivdə ASR-da nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın prioritetlərini müəyyənləşdirəcək “ASR-da dayanıqlı nəqliyyat üzrə qarşılıqlı fəaliyyətə dair Nazirlər qətnaməsi”nin və “Nəqliyyatın inkişafı üzrə Regional fəaliyyət proqramı”nın qəbul edilməsi planlaşdırılır.
Tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Konfrans çərçivəsində Nəqliyyat naziri Ziya Məmmədov çıxış edib.
E.Ə.
www.oxu.az