Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat naziri Ziya Məmmədov noyabrın 25-də Cəlilabad şəhərində Biləsuvar, Masallı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyindən bildirilib.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı noyabrın 23-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
- Biləsuvar şəhəri, Heydər Əliyev prospekti - 117;
- Masallı şəhəri, Heydər Əliyev prospekti - 30;
- Cəlilabad şəhəri, Heydər Əliyev prospekti - 1.
U.A.
www.oxu.az