Nəqliyyat naziri Ziya Məmmədovun iyunun 19-da Şəmkir rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyindən bildirilib.
Nazirlik bildirib ki, vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək iyul ayına keçirilib.
“Bu barədə əlavə məlumat veriləcək”- deyə, nazirlikdən bildiriblər.
Ülviyyə R. Əli
www.oxu.az