Astara rayonunda dəhşətli qətl törədilib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Pensər kəndində qeydə alınıb.
Kənd sakini, 72 yaşlı Nənəxanım Qasımova həyat yoldaşı, 76 yaşlı Nəriman Həsən oğlu Qasımovu qətlə yetirib.
Hadisəni törədən N.Qasımova saxlanılıb.
İlkin məlumata görə, yaşlı qadın ərinin başından odun parçası ilə vurub.