“Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı artıb.
Oxu.Az xəbər verir ki, 01 yanvar 2014-cü il tarixinə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1.647.906 nəfərə çatmışdır.
Bu, SOCAR-ın 13 Yanvar tarixli məlumatında deyilir.
Məlumata görə, abunəçilərin ümumi sayından 1.628.076 abunəçi əhalinin kateqoriyasına aiddir, 19.830 abunəçi isə digər kateqoriyalardandır.
Ümumilikdə, 01 yanvar, 2014-cü il tarixinə mövcud olan 1.628.076 əhali abonentindən 167536-sı ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 57708-i Bakı, Abşeron və Sumqayıt, 109828-i isə digər regionların payına düşür.
Qeyd edək ki, Azərbaycanda qazın paylanması və satışı məsələləri ilə SOCAR şirkətinin nəzdində olan “Azəriqaz” istehsalat birliyi məşğuldur .