Cəlilabad sakininə qarşı 818 min dollarlıq dələduzluq edilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 55 yaşlı E.Ramazanov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2008-ci ildə Bakı şəhər sakinləri - 39 yaşlı Ruslan Qasımov və qardaşı, 35 yaşlı Yaşar onu aldadaraq 818 min ABŞ dolları məbləğində pulunu alıb.
Polis fakt üzrə araşdırma aparır.
A.M.