Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![ABŞ-də ana dörd qızını güllələdi, intihara cəhd etdi](https://images.oxu.az/2025/02/12/8HvSYxNtoO222UZtswu4A7kq3pGlWypEgy3ZjouX:1200.jpg)
ABŞ-də ana dörd qızını güllələdi, intihara cəhd etdi
ABŞ-də Vayominq ştatından olan qadın özünün kiçik yaşlarda olan dörd qızına atəş açaraq onlardan üçünü öldürüb. Sonra isə canına qəsd etməyə cəhd göstərib.
Oxu.Az "Associated Press"ə istinadla xəbər verir ki, Bayron şəhərindəki insidentdən sonra 32 yaşlı amerikalı qadın və onun sağ qalan yeddi yaşlı qızı xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, adı açıqlanmayan qadın "911" vahid operativ kömək xidmətinə zəng edərək özünün dörd qızını güllələdiyini və intihar etməyi planlaşdırdığını bildirib.
Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis əməkdaşları qadını yataq otağında sağ tapıblar, iki və doqquz yaşındakı qız uşaqları isə çarpayılarında ölmüş vəziyyətdə aşkarlanıblar. Digər iki yaşlı qız polisin gəlişindən qısa müddət sonra ölüb.
Fakt üzrə araşdırma aparılır.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ Türkiyəyə "F-35" qırıcıları tədarük edəcək?
- İki nəhəng şirkət süni intellekt hazırlayır
- Mask və Makron arasında münasibətlər pisləşib?
- ABŞ biznesmenləri xarici ölkələrin məmurlarına rüşvət verə biləcəklər - Trampdan əmr
- Tramp Baydenin daha bir qərarını "məntiqsiz" elan etdi: Kağız əvəzinə plastik istifadə olunacaq
Rəylər