Evdən istədikləri qədər pul tapa bilməyən oğrular əşyaları su ilə isladıblar.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.
Elçin Baxşəliyevə məxsus mənzilə gecə saatlarında arxa pəncərədən daxil olan oğrular burada istədikləri məbləğdə vəsaiti tapa bilməyiblər. Nəticədə əşyaların üstünə su töküblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İ.N.