Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, qanuna dəyişikliklər bu il martın 10-da Milli Məclis tərəfindən qəbul edilib.
Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.
“Əmək pensiyaları haqqında” qanunda edilən dəyişikliklərə əsasən, Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.
Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay, qadınlar üçün isə 2027-ci ilə qədər hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
N.О.