Ağdam rayonunda əvvəllər məhkum olunmuş iki qadın tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Şölə Atakişiyevanın evindən 800 manat və qızıl əşyalar oğurlanıb.
Bununla əlaqədar Ağdam RPŞ əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Şölə Atakişiyevanın evindən 800 manat və qızıl əşyalar oğurlamış Yevlax şəhər sakinləri, Zöhrə Bəkirova və Rahilə Nadirova tutulublar.
Araşdırma zamanı məlum olub ki, onlar əvvəllər məhkum olunublar.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az