Şəmkir sakininin bıçaqlanmasında şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Mahmudlu kəndində qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü F.Alıyev mübahisə zəminində bıçaqlanıb. O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Ü.Paşayev hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə ana söyüşünə görə baş verib.
Faktla bağlı araşdırma aparılır.
09:16
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 1968-ci il təvəllüdlü Fazil Alıyev bədənin bir çox hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. 55 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, F.Alıyev dostu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət