Bakıda avtomobil qaçırmış şəxs avtomobili sahibinə qaytarıb.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aprelin 21-də Səbail rayonu ərazisindən Nicat Bəşirova məxsus “Mitsubishi” markalı avtomobil qaçırılıb.
Aprelin 22-də hadisəni törətmiş Abşeron rayon sakini Yaqub Hüseynov avtomobili sahibinə qaytarıb.
Y.Hüseynov Səbail RPİ 8-ci PB əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.