Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda kənd məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı
İmişli rayon Sarıxanlı kənd 1 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparılıb.
Bu barədə İmişli Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla qeyd olunan məktəbin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
"İmişli" teqi üzrə xəbərlər
- İmişli sakini özündən 36 yaş kiçik gənci SÖYÜŞƏ GÖRƏ bıçaqladı - TƏFƏRRÜAT
- Misli Premyer Liqasına yüksəlmə ehtimalı olan komandaların stadionlarındakı SON VƏZİYYƏT
- İmişlidə sürət yarışı keçirən şəxslər SAXLANILDILAR
- Azərbaycanda təbiətə yüzminlərlə manat ziyan vuruldu - Cinayət işi açıldı
- İmişlidə dəhşətli qətl: Tələbə saxlanıldı