Abşeron rayon sakini həyat yoldaşını güllələyib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Saray qəsəbəsində, Sevil Qazıyeva küçəsində qeydə alınıb.
Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Seyran Malik oğlu Tahirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1972-ci il təvəllüdlü Məhbubə Ramiz qızı Tahirzadəni tüfənglə güllələyib.
M.Tahirzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təqsirləndirilən şəxs isə bildirib ki, həyat yoldaşı ilə münasibətləri 1 ildir gərgin olub:
“Saymazlıq edirdi, nalayiq sözlər deyirdi. Mən də məcbur oldum 2 güllə vurdum. Elə sağ qalmaqdansa, qalmasa daha yaxşıdır”.
Hadisəni törədən şəxs tutulub.