3 saylı İT-yə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Namiq Kərim oğlu Babayevə tanışı Ağdam şəhər sakini Çingiz Novruz oğlu Haqverdiyevin gətirdiyi sovqata baxış keçirilib.
Sovqata baxış keçirilən zaman, “SAB” kolbasasının içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Namiq Kərim oğlu Babayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsinə əsasən həbs edilib.
E.Ə.
www.oxu.az