Azərbaycanda yetkinlik yaşına çatmamış qızı qaçıran şəxs tutulub.
Oxu.Az-ın kütləv informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, hadisə Masallı rayonunda qeydə alınıb. Masallı rayon sakini, orta məktəb şagirdi (Ə. G) naməlum şəxs tərəfindən qaçırılıb. Məlumata görə, qaçırılan qız Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Əhəd Abıyevin qohumudur.
Məsələ ilə bağlı Əhəd Abıyevin qardaşı, Masallı rayon icra başçısının birinci müavini Nadir Abıyev ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, qaçırılan qız onların qohumu deyil. Onun yaxından-uzaqdan onların ailəsilə heç bir bağlılığı yoxdur.
Nadir Abıyev bildirib ki, qaçırılan qızın qohumu Masallı rayon İcra Hakimiyyətinin işçisidir.
Masallı rayon polis şöbəsindən, qaçırılan qızın 16 yaşı olub. Qızı qaçıran 1985-ci il təvəllüdlü Bəhruz Rəhimov polis tərəfindən saxlanılıb. O, bildirib ki, qızı evlənmək məqsədilə qaçırıb.
Qız hazırlığa gedərkən qaçırılıb.
Faktla bağlı araşdırma aparılır.
18:32
Azərbaycanda yetkinlik yaşına çatmamış qızı qaçıran şəxs tutulub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Masallı rayonunda qeydə alınıb. Masallı rayon sakini, orta məktəb şagirdi (Ə. G) naməlum şəxs tərəfindən qaçırılıb.
Bu barədə polisə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Bəhruz Rəhimov Bakı şəhərinə qaçarkən yolda saxlanılıb. Qız ailəsinə təhvil verilib.
Masallı Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az