Dekabrın 24-də respublikanın 6 rayonunda daha 10 kəndə təbii qaz verilib.
Oxu.Az-a bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Xatırladaq ki, Neftçala rayonunun Kürqarabucaq, Zərdab rayonunun Yarməmmədbağı və Lələağacı, Qusar rayonunun Kufoba və Qullar, Ağstafa rayonunun Pirli kəndinə, Bərdə rayonunun Körpüsındıran və Şirvanlı, Ağsu rayonunun Qasımbəyli və Dədəli kəndlərinə ilk dəfə təbii qaz verilib.