Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a sözügedən rayonun Polis İdarəsindən bildirilib.
Saxlanılan şəxs Qazax rayon sakini Namiq Cəbrayıl oğlu Vəkilovdur. Xatırladaq ki, qadının meyiti bir neçə gün əvvəl Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.
Morozova tək yaşayırdı, ailəli deyildi və qapalı həyat tərzi sürürdü. Bəzi KİV-də Morozovanın cadugərliklə məşğul olmasına dair məlumat da yayılmışdı. Bundan başqa, ölməmişdən qabaq qadına əzab verildiyi barədə də məlumat verilmişdi.
Amma Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, KİV-də yayılan məlumat həqiqətəuyğun deyil.
“Morozova voleybolçu olub və cadugərliyə aidiyyəti olmayıb. Qətlə yetirilən şəxsin bədənində işgəncə izləri yoxdur, onun bədənində qatilə müqavimət göstərdiyini sübut edən göyərmələr var, müqavimətə baxmayaraq o, boğularaq öldürülüb”, - polisdən qeyd ediblər.
Vəkilovu əməliyyatçılar Qazax rayonunda saxlayıblar, o, istintaqdan gizlənməyə çalışırdı.
14:54
Bakıda qadını qətlə yetirən şəxs Qazax rayonunda tutulub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qətlə yetirilən qadının cadugərliklə məşğul olduğu bildirilir.
Xatırladaq ki, qadının meyiti bir neçə gün əvvəl Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü Anjelika Vasilyevna Morozovadır.
A.M.