Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları növbəti dəfə dustağa gətirilmiş sovqatdan qadağan olunmuş əşyalar aşkarlayıblar.
Oxu.Az Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyi məlumata görə, Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1982-ci il təvəllüdlü, 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Surac Hüccət oğlu Hüseynova vətəndaş Namid Əfrail oğlu Kəlbiyevin gətirdiyi sovqata baxış keçirilən zaman 3 (üç) ədəd kartofun içərisinə ayrı-ayrılıqda xüsusi üsulla yerləşdirilmiş 1 (bir) ədəd “Nokia E-72”, 1 (bir) ədəd “Nokia-106” markalı mobil telefon aparatları və 1 (bir) ədəd qulaqcıq aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Elvin Əhmədov
www.oxu.az