1962-ci ildə Ağdam rayonunda anadan olan Nəriman Əliyev övladlarını evləndirəndən sonra işləmək məqsədi ilə Mingəçevirə köçüb.
Mingəçevirdə kirayə ev tutan Nəriman həyat yoldaşı ilə birgə yaşamağa başlayıb.
Nəriman özü və həyat yoldaşı üçün də iş taparaq pul qazanmağa başlayıblar.
Maddi vəziyyətləri yaxşılaşdıqca Nərimanın içdiyi arağın miqdarı da artıb. O, hər gün işdən evə gələndə özü ilə spirtli içki alıb.
Bir gün Nərimanın işində boşluq olduğundan iş yoldaşları ilə səhər tezdən araq içməyə başlayıb. Günorta vaxtı işdən evə tez gələn Nəriman həyat yoldaşının evdə olmadığını görüb yenidən içmək qərarına gəlib.
Bunun üçün o, yaşadığı binanın yaxınlığındakı dükana gedib. Nəriman Əliyev mağazadan özü üçün bir ədəd çörək, kolbasa və 0.5 litrlik bir ədəd araq alıb.
O, sərxoş vəziyyətdə geri qayıdarkən həmin binanın həyətində yetkinlik yaşına çatmayan Faiq və onun atası ilə rastlaşıb.
Nəriman Faiqin atası ilə söhbət edib sağollaşanda ata oğlundan əmiyə kömək etməsini xahiş edib. Faiq də Nərimanın əlindəki torbanı alaraq aparıb.
Faiq Nərimanın kirayə yaşadığı evə torbanı gətirəndən sonra atasının dalınca qayıtmaq istəyib.
Bu zaman gözlənilmədən Nəriman Əliyev cibindən çıxardığı bıçaqla uşağa hədə-qorxu gələrək onu yaşadığı mənzilə salıb. Mənzilin qapısını bağlayandan sonra isə bir qədəh araq süzüb içmək üçün azyaşlıya verib və içməsini təklif edib. Faiq imtina edəndə Nəriman yenə onu bıçaqla hədələyib və onu spirtli içki içməyə məcbur edib.
Faiq içdiyi dördüncü qədəhdən sonra sərxoş olub.
Nəriman içkinin təsirindən Faiqin sərxoş vəziyyətə düşməsini görüb ondan şalvarını soyunmasını tələb edib. Azyaşlı imtina etsə də sərxoş olduğundan özündən 36 il böyük adama müqavimət göstərə bilməyib.
Nəriman azyaşlını otağın döşəməsindəki döşəyin üstünə uzadıb və paltarını soyundurub. O, azyaşlı ilə cinsi əlaqədə olub.
50 yaşlı Nəriman uşaqbazlıq edəndən sonra uşağın paltarlarını geyindirib özü isə yerində uzanaraq istirahət edib.
Hava qaralana yaxın Nərimanın həyat yoldaşı işdən qayıdıb. Qadın ərindən uşağın kim olduğunu soruşanda o, oğlanı avtobus dayancağında dayanıb ağladığı üçün evə gətirdiyini bildirib.
Bir müddət keçdikdən sonra Faiqin mobil telefonuna zəng gəlib. Zəng edən azyaşlının anası olub. Nəriman Faiqin onlarda olduğunu, lakin sərxoş olduğu üçün onun arxasınca kimsə gəlməli olduğunu bildirib.
Faiqin arxasınca əmisi gəlib.
Spirtin təsiri azyaşlıdan çıxandan sonra o başına gələnləri anasına danışıb. Ana da bu barədə ərinə deyib. Ata polisə şikayət edib.
Uşaq ekspertizadan keçiriləndən sonra onun zorlanması faktı təsdiqini tapıb.
Bundan sonra Nəriman Əliyev polis tərəfindən saxlanılıb.
Prokurorluq 50 yaşlı Nəriman Əliyevin əməlini Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə qiymətləndirərək cinayət işini məhkəməyə göndərib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman Əliyev elan olunan ittihamla özünü qismən təqsirli bilib.
O, ifаdəsində göstərib ki, mənzilə çatdıqdan sonra Faiqə mənimlə 100 qram araq içməyi təklif etdim.
“O, ilk öncə etiraz etdi və təkidimdən sonra içki içməyə razılaşdı.
Uşaq bir stəkan araq qəbul etdikdən sonra qusub üstünü batırdı. Bir qədər sonra Faiqin mobil telefonuna zəng gəldiyini eşitdim və telefona cavab verdim. Zəng edən uşağın anası olduğunu və oğlunun harada olduğunu soruşdu. Mən də evin ünvanını həmin qadına dedim. Bir az sonra qohumları gələrək onu apardılar”.
Nəriman uşağa qarşı seksual hərəkətlər etmədiyini söyləyib.
Məhkəmədə zərərçəkmiş şəxs qismində azyaşlı da ifadə verib:
O, ifadəsində deyib ki, “mən torbanı verib getmək istəyən də o, cibindən bıçaq çıxararaq mənə hədə-qorxu gəlib, mənzilə girməyimi tələb etdi. Mənzilə daxil olandan sonra mənə məcburi araq içizdirib soyunmağımı tələb etdi. Sərxoş olduğumdan ona müqavimət göstərə bilmədim”.
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə élan edilən ittihamla təqsirli bilinən təqsirləndirilən şəxs 8 il 4 ay müddətinə аzаdlıqdаn məhrum edilib.
Mənbə: Gun.Az
www.oxu.az