Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azyaşlını öldürməyə cəhd edən yeniyetməyə ağır cəza
Bakı Ağır Cinayətlər Məhkəməsində yeddi yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Bağırov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda yaşayan yeddi yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəyə yeddi yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması səbəb olub.
Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Etibar Məmmədov
Rəylər