Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda məktəblini öldürməyə cəhd edən şəxs dəlixanaya göndərildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yeddi yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Mövsüm Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
O qeyd edib ki, M.Bağırov hadisəni anlaqsız vəziyyətdə törədib.
Məhkəmə onun barəsində yenidən tibbi-ekspertiza təyin edib və Mövsüm Bağırov Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Qeyd edək ki, hadisə bu il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda olan yeddi yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəyə səbəb yeddi yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması olub.
Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.
Etibar Məmmədov
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- "Pik saat" anlayışı yox oldu: "Bakıda uçan taksi olsa, göydə də tıxac yaranar"
- Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT
- Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü
Rəylər