Bakı polisi dilənçilərə qarşı növbəti dəfə əməliyyat keçirib.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, çevik Polis Alayı və Nərimanov RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 10 nəfər saxlanılıb.
Həmin şəxslərə bir daha dilənçilik etməmək barədə xəbərdarlıqdan sonra onlar sərbəst buraxılıblar.