Qubada orta məktəb şagirdini qaçırıblar.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 11-ci sinif şagirdi olan qızın itməsi barədə polisə şikayət daxil olub.
Şikayətə əsasən qız müəllim yanına hazırlığa gedib və evə qayıtmayıb. Qızın valideynləri bu barədə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayətdən sonra əməliyyat keçirilib. Əməliyyat zamanı qız əli-qolu bağlı kənd kənarında yarımtikilidə tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, qızı rayonun Hacıhüseynli kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Şamil oğlu Misirxanov qaçırıb. Müəyyən edilib ki, qız 6 saat əl-qolu bağlı saxlanılıb.
Keçirilən əməliyyat zamanı həmin şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az