Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, Bakı şəhər sakini Əsgər Camalov 1,09 qram marixuananı satarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Onun Abşeron rayonu ərazisindəki evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram marixuana, 505 qram həşiş və 106,15 qram heroin aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
