Bakıda xəstəxanada intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada müalicə alan Şahlar İmran oğlu Zeynalov palatada özünü asıb.
Ş.Zeynalovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun bir neçə gün əvvəl başından əməliyyat olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az