Türkiyədə təhsil alan aparıcı Nanə Ağamalıyeva Bakıya qayıdıb.
Oxu.Az xəbər verir ki, Ağamalıyeva bu barədə özünün İnstagram səhifəsində məlumat verib:
“Sevinsin dostlarım, mən yenə qayıtdım”.
O, paylaşdığı fotolarda sarı saçları və sarı rəngli “Chevrolet Camaro” markalı avtomobili ilə diqqət çəkib. Qeyd edək ki, avtomobilin qiyməti 40-60 min AZN arasında dəyişir.
Aytən Sadıqzadə