Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hərəkat sədrinin bıçaqladığı şəxsin son durumu AÇIQLANDI
Bakıda küçədə bıçaqlanan 37 yaşlı şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Mayın 6-sı 1988-ci il təvəllüdlü şəxs (kişi cinsli) qarın boşluğunun daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Yaralıya zəruri tibbi xidmətlər göstərilib, daha sonra əməliyyata alınıb.
Hazırda xəstənin müalicələri davam etdirilir, vəziyyəti qənaətbəxş olaraq qiymətləndirlir".
Aygün Mirakif
"D18" Hərəkatının sədri kimi tanınan Əhməd Məmmədli vətəndaşın sağlamlığına kəsici alətlə qəsdən ağır zərər vurmaqda təqsirləndirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, mayın 6-da gecə saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsində Ə.Məmmədli şəxsi münasibətlər zəminində 37 yaşlı Vüqar adlı şəxsə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. O, törətdiyi əmələ görə saxlanılıb.
Tərəflər arasında münaqişə taksidə yer üstündə baş verib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Fotoda Əhməd Məmmədli
Bakıda 37 yaşlı kişi küçədə bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.
1988-ci il təvəllüdlü Vüqar Rasim oğlu Dünyamalıyev Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi 125 ünvanında bıçaqlanıb.
Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Əhməd Vüqar oğlu Məmmədli olduğu müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Aqil Vəlili