Bakıda İraq vətəndaşları öz həmyerlilərinə qarşı dələduzluq edib.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, carı ilin oktyabr ayında İraq vətəndaşları - 30 yaşlı Ahmed Abdulhaq İsmael və 29 yaşlı Ahmed Ali Mutara bir neçə nəfərin etibarından sui-istifadə edərək 13 nəfərə qarşı ümümilikdə 54500 ABŞ dolları məbləğində dələduzluq edib.
Belə ki, onlar 28 yaşlı Ahmed Ali Camaldan 4500, 22 yaşlı Abdullah Sultan Abdullahdan 3 min, 20 yaşlı Muhammed Ali Thuamadan 4500, 19 yaşlı Ahmed Maheer Mahmooddan 5 min, Zeyad Ahmed Zeyad Tarek Abeddən 3500, Hayman İbrahim Salardan 3500, Mohammed Khalid Qasımdan 5 min, Mohammed Hushan Abdulqaderdən 3 min, 18 yaşlı Thamer Khalid İbrahimdən 3 min, Omar Mahmood Tahardan 5 min, Ahmed Ayaddan 5 min, Mustafa Abeer Mubarekdən 5 min, Yahya Sinan Najatdan 4500 ABŞ dollar pul alıb, lakin geri qaytarmayıblar.
Zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az