Azərbaycanın iki şəhərində odlu silah aşkarlanıb.
Bu barədə Oxu.Az-a DİN-dən məlumat veriblər.
Bildirilib ki, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən “AKMS” markalı silah, 3 ədəd patron darağı və 30 ədəd patron tapılıb.
Digər bir avtomatik silah isə Bakı şəhər sakini Faiq Mirzəliyevdən götürülüb.
Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakinindən “AKM” markalı silah və 23 ədəd patron götürülüb.