Model Andreja Pejic Yeni İl tətilini Mayamidə keçirib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 24 yaşlı Pejic rəngarəng bikinisi ilə çimərlikdə istirahət edərkən obyektivlərə tuş gəlib.
Bosniya və Herseqovinyanın Tuzla şəhərində dünyaya gələn Anrdej Pejic vətəndaş müharibəsi əsnasında ailəsi ilə birlikdə Avstraliyaya köçüb. Həyatını Melburnda davam etdirən Pejic hələ 17 yaşında ikən model fəaliyyətinə başlayıb. Bir çox məşhur brendin siması olub.
Androgen xüsusiyyətləriylə diqqət çəkən Pejic bunun sayəsində moda dünyasında tez tanınıb. Ən seksual kişi model və ən seksual qadın model seçilib.
Doğulanda Andrej Pejic adını daşıyan model qadın olduqdan sonra adını Andreja olaraq dəyişdirib.