Bakı şəhərində avtoxuliqanlıqla məşğul olan şəxslər saxlanılıb.
Bakı şəhər Dövlət Yol Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, idarənin əməkdaşları paytaxt ərazisində avtoxuliqanlıq, sərxoş halda və sənədsiz nəqliyyat vasitələrini idarə edən şəxsləri saxlayıb. Saxlanılanlardan 3-ü avtoxuliqan, 5-i sərxoş halda nəqliyyat vasitəsini idarə edən, 4-ü isə sənədsiz avtomobil idarə edən şəxslərdir.
Saxlanılan şəxslərin hamısı məhkəmənin qərarı ilə 1 il müddətinə avtomobili idarə etmək hüququndan məhrum ediliblər. Bundan başqa, onları 5 gündən 1 ay müddətinə qədər azadlıqdan məhrumetmə cəzası da gözləyir.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin