Bakıda azyaşlı uşaq mağazadan oğurluq edib.
Oxu.Az azxeber.com-a istinadən xəbər verir ki, oğurluq “28 may keçid ticarət mərkəzi”ndə qeydə alınıb.
Həmin ərazidə yerləşən “Backstore”qadın mağazasına daxil olan 2 nəfər çanta oğurlayıb. Maraqlıdır ki, oğurluğu azyaşlı uşaq edib.
Uşağın oğurluğu mağazanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik: