Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli, az yağış yağacağı ehtimalı da var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.
Sentyabrın 3-də Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.