Nərimanov rayon Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Vəfa Orucovanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
Oxu.Az xəbər verir ki, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
V.Orucova barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb. İstintaqa ifadə verən Vəfa Orucova törətdiyi cinayəti etiraf edib. O bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.
Etibar Məmmədov
www.oxu.az