Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Baxışov Elşad Xanmusa oğlu Qızıldaş qəsəbəsində tanışı ilə mübahisə zəminində bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
A.M.