Bu gün Bakıda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsi başlayır.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, danışıqlarda iştirak etmək üçün Şərq tərəfdaşlığı məsələləri, Rusiya, Mərkəzi Asiya üzrə əməkdaşlıq, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə Avropa xarici siyasət xidmətinin direktoru Lyuk Devin Azərbaycana gəlib.
N.O.