Yasamal rayonu ərazisində yaşayan Sərfinaz İsmayılova 28-ci polis bölməsinə müraciət edib sentyabrın 29-da bacısı oğlu Məhəmmədəli Zərbəliyev tərəfindən 10200 manatının oğurlanmasını bildirib.
Azərbaycan DİN-dən Oxu.Az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Zərbəliyev saxlanıb və o, oğurluq etdiyini etiraf edib.
Eyni zamanda M.Zərbəliyev sentyabr 29-da quldurluq etdiyinə görə tutulmuş Fikrət İsgəndərovun bıçaqla hədələyərək ondan 7500 manat almasını bildirib.