Müğənni Xatirə İslam İnstaqramda paylaşdığı fotosuna görə sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.
Oxu.Az xəbər verir ki, müğənni belinə banka qoyulan şəklini paylaşaraq “Səhər saat 6-dan titrətmə tutub, donuram” şərhini yazıb.
Bu paylaşıma “Bu nə biabırçılıqdır?”, “Sizi hamı tanıyır, belə şəkillər paylaşıb özünüzü gözdən salmayın”, “Az qalıb lüt şəkillərini də paylaşsınlar” kimi tənqidlər yazılıb.
