Oktyabrın 28-də Bakıda, B.Vahabzadə küçəsində naməlum şəxs aptekə daxil olaraq, uşaq dəsti oğurlayıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, aptekin satıcısı Nail Mənsimov naməlum şəxsin qarşısını kəsdikdə, o, öz damarlarını ülgüclə doğrayacağını bildirərək, qaçıb.
Növbəti gün naməlum şəxs eyni üsulla kompüter mağazasından aksessuarlar oğurlayıb.
Faktla bağlı cinayət işi qaldırılıb, təhqiqat aparılır.