Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Xəzər rayoununun Şüvəlan qəsəbəsində villadan oğurluq edən şəxsləri saxlayıblar.
Oxu.Az musavat.com-a istinadən bildirir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, fərdi yaşayış evinin qarət edilməsi ideyasını Quba rayon sakini Məhəmməd Sərdarov verib.
Məhəmmədi bu cinayətə sövq edən səbəb işlədiyi yerdə müdirinin ona maaş verməməsi olub.
Məhəmməd tanışlarını da başına yığaraq, müdirindən qisas almaq üçün coxmərtəbəli fərdi yaşayış evini qarət etməyə gedib:
"Hasardan tullandım içəri, qapını açdım. Çağırdım uşaqları, gəldilər. Götürdük, çıxdıq getdik".
Tanışlar evdən əntiq ev əşyaları və velosiped oğurlayıblar. Əldə etdikləri qənimətləri isə Sabunçu bazarındada satmağa çalışıblar.
Daha sonra dəstə üzvü Rəşad Əzimovun Bakıda gizlətdiyi 19 kiloqram marixuananı da götürərək Quba rayonuna üz tutublar. Lakin onların sevinci cox çəkməyib və yolda tutulublar.
Faktla bağlı araşdırmalara başlanılıb, istintaq davam etdirilir.
12:18
Bakıda axtarışda olan şəxslər tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, Bakı şəhər BPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Mərhəmət Sədirovdan 5,15, Bakı şəhər sakinləri - Xəzər RPİ tərəfindən borclu kimi axtarışda olan 1987-ci il təvəllüdlü Nahid Həsənovdan 5,88 və əvvəllər məhku olunan 1983-cü il təvəllüdlü Rəşad Əzimovdan 5,84 qram, ona məxsus zəmbildən isə 19 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın 8-də Bakı şəhər sakini Zaur Aslanova məxsus Şüvələn qəsəbəsində yerləşən bağ evindən velosiped, yanvarın 9-da həmin ünvandan qədim samovar, qədim 3 ədəd mis podnos və külqabı, 2 ədəd xəncər, geyim və elektron məişət əşyaları oğurlayıblar.
Oğurlanan əşyalar maddi sübut kimi götürülüb.
E.Ə.
www.oxu.az