Bakıda evə basqın olub.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan 52 yaşlı Vaqif Alışovun evinə maskalı şəxslər hücum ediblər.
Basqınçılar ev sahibinin əl-qolunu bağlayaraq ondan pul tələb ediblər. Evdə pul tapa bilməyən şəxslər ev sahibini döydükdən sonra oranı tərk ediblər.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az