“National Enquirer” jurnalının xəbərinə görə, 40 yaşlı 6 uşaq anası məşhur kino ulduzu Ancelina Coli xərçəng və anoreksiya xəstəlikləri ucbatından ölmək üzrədir.
Oxu.Az xəbər verir ki, Colinin gündən-günə əridiyini və hazırda 37.5 kq qaldığını iddia edən jurnal, xəbərə dəlil olaraq aktrisanın ötən ay Yunanıstanda qaçqınları ziyarəti əsnasında çəkilən şəkillərini göstərib.

Jurnalın digər iddiası isə aktirsanın həmkarı və həyat yoldaşı Bred Pitt haqqındadır. İddialara görə Pittin “əgər sağlam qidalanmağa başlamasan səndən boşanacağam” şəklində aktrisanı təhdid etdiyi deyilir.

Cütlük tərəfindən yayılan xəbərlər barəsində hələ ki heç bir açıqlama verilməyib.

ABŞ maqazin portalları isə jurnalın hər il bu tip xəbərlər yaydığını və Colinin gənclik illərindən anoreksiya ucbatından xəstə olduğunu, 2014-ci ildə buna görə xəstəxanada müalicə aldığnı yazırlar.
Aytən Sadıqzadə
www.oxu.az