Bu günlərdə Hollivud aktrisası və rejissor Ancelina Coli Livanda Bekaa vadisində Suriya qaçqınları ilə görüşüb, çərşənbə günü isə Yunanıstana yola düşüb. Burada Pirey limanında qanunsuz mühacirlər düşərgəsində olub. Coli yunan hakimiyyəti nümaynədələri ilə, eləcə də qaçqınlarla görüşüb.
Oxu.Az xəbər verir ki, Coli BMT-nin qaçqınlarla iş üzrə (UNHCR) xüsusi səfiridir. Bekaa vadisinə səfəri zamanı aktrisa dünya liderlərini öz doğma evini tərk etmək məcburiyyətində qalan milyonlarla insana daha fəal yardım etməyə çağırıb.
“Mən, 1 milyon suriyalının həyatının xilas edilməsinə yönəlmiş yardım üçün Livan xalqına təşəkkür etmək istəyirəm”, - Coli deyib.
“Siz dünyaya comərdlik, humanistlik, dayanıqlılıq və həmrəylik nümanəsi göstərirsiniz”, - o, əlavə edib.
Aktrisanın bəyanatı UNHCR saytında dərc edilib.