Noyabrın 19-da axşam saatlarında Bakının Yasamal rayonu ərazisində hüquq-mühafizə orqanları əməkdaşlarının “nurçu” dəstəsinə qarşı keçirdiyi əməliyyatla bağlı yeni faktlar məlum olub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan dəstə üzvləri azyaşlılar olub.
Məlumata görə, saxlanılan şəxslərdən 4-ü azyaşlı "tələbə", 1 nəfər isə 19 yaşlı "nurçu müəllim" olub. 19 yaşlı şəxs mənzildə nurçuluqla bağlı xüsusi təlimlər keçirmiş.
Bina sakinlərinin şikayəti əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva prospekti, 75, mənzil 78 ünvanında əməliyyat tədbirləri keçirib və 5 nəfər saxlanılıb.
Əməliyyat keçirilən mənzilin 19 yaşlı müəllim tərəfindən kirayə götürüldüyü bildirilir. Hazırda faktla bağlı tədqiqat aparılır.
12:31
Hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Yasamal rayonunda nurçuluq təriqətinin üzvlərinə qarşı əməliyyat keçirib.
Oxu.Az-ın “Report”-a istinadən verdiyi xəbərə görə, Moskva prospekti ev-75, mənzil 78 ünvanına baxış zamanı nurçuluğu təbliğ edən 70-dən artıq ədəbiyyat aşkarlanıb.
Bundan başqa, nurçuluq təriqətinin 10-dan artıq üzvü saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.