Bakının Nəsimi rayonunda üç nəfər evə daxil olaraq, orada kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevi döyüb və qarət ediblər.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonun 20-ci Polis Bölməsinə müraciət edən N.Tağıyev döyüldüyünü, 1900 manat pulunun və avtomobil açarının alındığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.