Bakıda oğurluqda şübhəli bilinən şəxslər yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a daxil olan məlumata görə, yanvarın 5-də Binə qəsəbəsində Cəmil Cəbiyevə məxsus mağazadan, dam örtüyünü sındırmaqla spirtli içkilər və tütün məmulatları oğurlanıb.
Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, şübhəli bilinən Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Zaur Abbasov, 1995-ci il təvəllüdlü Orxan Məmmədov, 1996-cı il təvəllüdlü Murad Məmmədov və 1997-ci il təvəllüdlü Vüsal Məmmədli tutulub.
Yanvarın 10-da Sulutəpə qəsəbəsində Cəlal Rəhimova məxsus «İveco», Natiq Süleymanova məxsus «Forland» və Pərviz Həzrətquliyevə məxsus «Tatra» markalı yük avtomobillərin hər birindən 2 ədəd akkumulyator oğurlanıb.
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, şübhəli bilinən, əvvəllər məhkum olunmuş Masallı rayon sakini, 1996-cı il təvəllüdlü Ariz Mirzəyev tutulub.
Nərimanov rayonunda isə Bakı şəhər sakini Elşad Şirəliyevə məxsus Atatürk prospektində yerləşən mağazadan, zirzəmidən keçməklə 4 cüt ayaqqabı, fotoaparat, müşahidə kamerasının yaddaş aparatı və peyk antenasının aparatını oğurlanıb.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Rəşad Hüseynov tutulub.
E.Ə.
www.oxu.az